\"Neftçi\" üçün təcrübəsiz yunanıstanlı
Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"nin "Uypeşt"lə cavab matçını idarə edəcək Anastasius Papapetru gənc hakimdir.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, 33 yaşlı yunanıstanlı 2016-cı ildən FİFA kateqoriyasını daşıyır.
İndiyə qədər beynəlxalq arenada 19 oyun idarə edən Papapetru əsasən aşağı yaş qrupu yığmalarının matçlarında ədaləti qoruyub. Avrokubok təcrübəsi elə də böyük deyil. Cəmi 2 dəfə Avropa Liqası matçında fit çalıb.
Belə ki, 2016-17 mövsümündə I mərhələnin "Hubernians" (Malta) - "Spartak" (Slovakiya), ötən il isə II mərhələnin "Makkabi" (Təl-Əviv, İsrail) - "Reykyavik" (İslandiya) qarşılaşmasının baş hakimi olub.
Hələ ki, əsas yığmaların və Çempionlar Liqasının oyunları üçün UEFA-nın etibar etmədiyi Papapetru bəzi qarşılaşmalarda 4-cü hakim funksiyasını yerinə yetirib. O, ilk dəfə Azərbaycan komandasının oyununa təyinat alır.
Qeyd edək ki, "Uypeşt" - "Neftçi" görüşü iyulun 19-da Budapeştdə keçiriləcək.
XalqTV.com