SAĞLAMLIQ

Azərbaycanda yaxşı həkimlər var

  • 29 Jun 2018
  • 152396 baxış

Desəm, bir təsiri yoxdur. Sussam, könlüm razı deyil (Məhəmməd Füzuli).

Dünən saytların birində "Azərbaycan həkimlərinə inanırsınız?" başlıqlı bir videosorğu gördüm. Bakının Nizami küçəsində yoldan keçənlər arasında keçirilmiş bir sorğudur. Sorğuda 20 nəfər iştirak edib. 9 nəfər qəti surətdə Azərbaycan həkimlərinə inanmır. 4  nəfər qismən, 7 nəfər tam inanır.

>Videosorğuda mən iştirak etsəydim "Azərbaycanda inandığım həkimlər var. Xəstələnsəm, xaricə getmək əvəzinə inandığım o həkimlərə özümü əmanət edərəm" deyərdim. Yoxsa "Azərbaycanda yaxşı həkim yoxdur, həkimlərimizə  inanmıram" demək qərəzli yanaşmadır, səhv cavabdır, gerçəklərə arxa çevirməkdir, cığallıq etməkdir.

Necə oldu ki, vətəndaşın Azərbaycan həkiminə inamı azaldı? Məncə aşağıdakı səbəblər oldu və bu səbəblərdən bəzi həkimlər peşəkar yetişə bilmədi; 1) universitetlərin bəzilərində "özəl tibb fakültələri" açıldı, sonra bağlandı, 2) hal-hazırda Azərbaycan Tibb Universitetinin bəzi fakültələrinin qəbul zamanı keçid balı aşağıdır, 3) Sovet məktəbi keçmiş bəzi həkimlər SSRİ dağılsa da o vaxt buraxılan kitablardan, köhnə təcrübələrdən əl çəkib, yeni biliklərə yiyələnmədilər, 4) Azərbaycan Tibb Universiteti son bir neçə ili çıxmaq şərtilə dərs keçmə üsullarından tutmuş, praktik təcrübələrə qədər standartların çox gerisində idi. Son illər Tibb Universitetində baş verən yeniliklər yaxşı proqnoz vəd edir, 5) tibb bərabərdir İngilis dili. Həkimliyə hazırlaşanlar İngilis dilindən imtahan vermədikləri üçün bu dilə biganə yanaşdılar. Rus dilində danışmaq həkimlərimiz arasında dəb olsa da tibdə yeri yoxdur, 6) elə bilirlər ki, bir həkim, məsələn tarixi, ədəbiyyatı əzbər bilirsə, o, savadlı həkimdir. Ola bilər, amma ilk növbədə öz ixtisasını bilməlidir, 7) elə bilirlər ki, bir həkim tibb dilində danışırsa və ondan heç nə başa düşmürsənsə, o, savadlı həkimdir. Bəlkə hə, bəlkə də yox,  elə bilirlər ki, bir həkim hansısa məşhuru müalicə edibsə, o, yaxşı həkimdir. Amma bu, bir kriteriya deyil, 9) elə bilirlər ki, bir həkim "facebook", "instagram"a elədiyi əməliyyatların şəklini qoyursa, o, yaxşı həkimdir. Amma bu,bir kriteriya deyil.

>

Azərbaycanda hər sahədə belədir: min cür hiylə, fırıldaq, kələk, badalaq, biclik və onların o qədər növü var ki, ayırd etmək çətindir. Ağ qaraya, at izi it izinə qarışıb. Bəs vətəndaş yaxşı həkimi necə tanısın? Bu yazı uzun oldu. Cavabı növbəti yazılara qalsın.

Vüsal Vəliyev, kardioloq
[email protected]

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45770 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 639 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 642 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 612 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 717 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO