idman

Şeydayev \"Trabzonspor\"u tərk etdi

  • 29 Jun 2018
  • 155158 baxış

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev "Trabzonspor"da qalmayacaq.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, gənc forvard klubun düşərgəsini artıq tərk edib.

Komanda ilə ilk məşqlərdə iştirak edən 22 yaşlı futbolçu başqa kluba keçidi üçün rəhbərliklə görüşüb. "Bordo-mavililər" də onun transferinə icazə veriblər. Nəticədə Şeydayev yeni klub axtarışı üçün Trabzonu tərk edib. Onun yaxın günlərdə Avstriya təmsilçisi "Mattersburq"a keçidi gözlənilir.

Qeyd edək ki, Ramil Şeydayev ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR