Siyasət

Vasif Talıbovdan yeni təyinat

  • 28 Jun 2018
  • 155147 baxış

Bəhruz Surxay oğlu Bayramov Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.

XalqTV.com bildirir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 28-də fərman imzalayıb.

Qeyd edək ki, Bəhruz Bayramov bundan əvvəl Həsən Əliyev adına "Araz" Elm-İstehsalat Birliyinin baş direktoru və eyni zamanda Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR