idman
Mundiallar tarixində 3-cü dəfə
İsveçrə millisinin qapıçısı Yan Zommer mundiallar tarixinə avtoqol müəllifi olan 3-cü qolkiper kimi düşüb.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, isveçrəli Kosta-Rika ilə görüşün 90+3-cü dəqiqəsində "fərqlənib".
Brayan Ruisin tirdən dönən penalti zərbəsi qapıçının başına dəyərək çərçivəyə daxil olub. Bunadək DÇ-lərin final mərhələlərində iki belə hadisə yaşanmışdı.
İspaniyalı Andoni Subisaretta DÇ-1998, honduraslı Noel Valyadares DÇ-2014-də belə uğursuzluq yaşayıb.
XalqTV.com
RƏYLƏR