idman

Kosmosda saç necə qırxılır? - VİDEO

  • 28 Jun 2018
  • 155007 baxış

"Roskosmos" rəsmi "YouTube" səhifəsində kosmosda saç kəsimi prosesini əks etdirən 360 dərəcə panoramlı video yayıb.

XalqTV.com oxu.az-a istinadən bildirir ki, rusiyalı kosmonavt Anton Şkaplerov xüsusi bərbər aparatının köməyi ilə həmkarı Aleksandr Misurkinin saçlarının qırxır.

Çəkisizlik şəraitində saçların ətrafa səpələnməməsi üçün saçqırxan maşın xüsusi tozsovuran şlanqla təchiz olunub.

Kadrlarda sonradan rusiyalı kosmonavtlara amerikalı həmkarlarının da qoşulduğunu görmək olur. Amerikalı Co Akaba zarafatyana Şkaplerova üç dollara saçlarını kəsməyi təklif edir.

>

XalqTV.comm

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" />

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR