idman
Məşhur futbolçu 27-ci klubla müqavilə imzaladı
Uruqvay millisinin sabiq hücumçusu Sebastyan Abreru karyerasında 27-ci klubla anlaşıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 41 yaşlı forvard Çili çempionatının 2-ci divizionunda çıxış edən "Magallanes"ə keçib.
Peşəkar karyerasına 1995-ci ildə başlayan Abreu vətənində Nacional, Meksikada "Tiqres", "Kruz Azul", Argentinada "River Pleyt", "San Lorenzo", İspaniyada "Deportivo", "Real Soceydad", Yunanıstanda "Aris" və s. klubların formasını geyinib. O, Uruqvay millisinin heyətində 2011-ci il Amerika Kubokunun qalibi olub.
Qeyd edək ki, Abreu ən çox klub dəyişən futbolçulardan yalnız Trevor Benjamin və Con Barricdən geri qalır. Hər iki ingilis 29 klubda forma geyinib.
XalqTV.com
RƏYLƏR