idman
\"Qarabağ\"ın \"Dinamo\" ilə oyununun saatı bilindi
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın Kiyev "Dinamo"su ilə keçirəcəyi yoxlama oyununun yeri və başlama saatı bəlli olub.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, Şvats şəhərindəki stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək.
Qeyd edək ki, bu, "Qarabağ"ın Avstriya toplanışı çərçivəsində 4-cü, yəni sonuncu yoxlama oyunu olacaq. Bundan əvvəl Bolqarıstannın "Ludoqorets" və Avstriyanın "Vakker İnsbruk" klubları ilə heç-heçə (1:1, 0:0) edən Ağdam klubu 3-cü sınağında isə iyunun 30-da Suriya millisi ilə üz-üzə gələcək.
XalqTV.com
RƏYLƏR