SAĞLAMLIQ

Dərinizi cavanlaşdıran və parıltı verən maskalar

  • 27 Jun 2018
  • 154740 baxış

Zeytun yağı bir  çox xəstəliklərə dərmandır. O eyni zamanda gözəllik üçün də əla vasitədir. Belə ki, zeytun yağından hazırlanan maskalar dərini cavanlaşdırır, təravətləndirir, parıltı verir və nəmləndirir.

XalqTV.com axşam.az-a istinadən zeytun yağından hazırlaya biləcəyiniz maskalar təqdim edir:

1. Eyni miqdarda zeytun yağını və limon şirəsini qarışdırıb, həftədə 2 dəfə üzə sürtmək, sizi qırışlardan azad edər.

2. Zeytun yağına iri duz əlavə edib, qarışığı əllərə və ayaqlara sürtmək, dərini hamarlaşdırıb, qocalmanın qarşısını alar.

3. Dırnaqları 5-10 dəqiqə isidilmiş zeytun yağında saxlayıb, sonra onlara yod sürtmək dırnaq soyulmasının qarşısını alar və onları bərkidər.

>

4. Bir yumurtanın sarısı, 2 xörək qaşığı limon şirəsi, 1 xörək qaşığı zeytun yağı və 0,5 litr pivəni yaxşıca qarışdırıb, saçlara 30 dəqiqəlik maska edin. Başı yuduqdan sonra saçları limonlu su ilə yaxalayın. Bu maska tük soğanaqlarını bərkidib, saçları parlaq edəcək.

5. Quru və tez qırılan saçlar üçün növbəti maskanı sınaya bilərsən: 70 qram zeytun və 5 damcı lavanda yağını baş dərisinə sürtüb, polietilen kağızla örtüb, səhərə kimi başda saxlamaq lazımdır.

6. Dişlərin möhkəm olması üçün barmağını zeytun yağında isladıb, damağı və dişləri yorulana kimi masaj edin.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45755 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 627 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 628 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 600 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 703 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO