SAĞLAMLIQ

Diabet xəstələri üçün ən faydalı tərəvəz

  • 25 Jun 2018
  • 150495 baxış

Şəkərli diabet ağır xroniki xəstəlikdir. İldən ilə bu xəstəliyə yoluxan insanların sayı artır.

Belə ki, 2012-ci ildə dünyada 382 mln. insana bu xəstəliyin diaqnozu qoyulub. Alimlərin fikrinə görə, 2035-ci ilə qədər bu rəqəm artacaq və 592 mln. çatacaq. Kontrol olunmayan şəkərli diabet orqanizmə ciddi ziyan vurur, ağır fəsadların inkişafına (infarkt, insult, böyrək çatışmazlığı, korluq) səbəb olur.

Şəkərli diabetdən əziyyət çəkən insanlar üçün pəhriz müalicənin tərkib hissəsidir. Dərman preparatları ilə yanaşı düzgün qidalanma şəkərin səviyyəsini tənzimləməyə kömək edir.

XalqTV.com saglamolun.az-a istinadən bildirir ki, Böyük Britaniya alimləri araşdırmalar nəticəsində  diabet xəstələri üçün ən faydalı məhsul təyin ediblər. Bu balqabaq növü olan sukkinidir.

>

Sukkini qanda şəkərin tənzimlənməsinə kömək edir, qidalı liflərlə zəngindir, insanı uzun müddət ərzində tox saxlayır. Bütün bunlar şəkərli diabet xəstələri üçün çox vacib olan amillərdir.

Bundan əlavə sukkini qaraciyər üçün də çox faydalıdır, arıqlamağa kömək edir, qəbizliyin qarşısını alır, orqanizmdən ziyanlı maddələri xaric edir, dərinin vəziyyətini yaxşılaşdırır.  

Sukkini asan mənimsənilir və bu səbəbdən kiçik yaşlı uşaqların menyusuna əlavə qida kimi əlavə oluna bilər.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45766 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 637 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 639 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 608 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 714 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO