Siyasət

\"AŞPA bəyanat və qərarlarla çox ehtiyatlı olmalıdır\"

  • 25 Jun 2018
  • 325 baxış

Avropa Şurası Parlament Assambleyası (AŞPA) bəyanat və qərarlarla çox ehtiyatlı olmalıdır.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva Strasburqda (Fransa) AŞPA-nın yay sessiyasında çıxış edərkən deyib.

Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkiləri barədə danışan S.Fətəliyeva qeyd edib ki, Azərbaycan müşahidəçilərə və seçicilərə seçkilərin şəffaflığı və açıqlığını təmin etmək üçün əlindən gələni edib:

"Mən müşahidəçilərlə görüşdüm. Bütün namizədlər bərabər hüquqlara, televiziyaya bərabər çıxışlara malik idi".

Millət vəkili qeyd edib ki, Azərbaycan xalqı öz iradəsini çox açıq şəkildə ifadə edib:

"Xalqın iradəsinə hörmət etmək siyasi oyun oynamaqdan daha vacibdir. AŞPA bəyanatlar və qərarlarla çox ehtiyatlı və qiymətləndirmələrində obyektiv olmalıdır. Çünki gec-tez həqiqət ortaya çıxacaq".

Qeyd edək ki, AŞPA-nın yay sessiyası iyunun 29-dək davam edəcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR