Siyasət

Türkiyədə seçkilər sona çatdı

  • 24 Jun 2018
  • 155002 baxış

Bu gün Türkiyədə keçirilən parlament və prezident seçkiləri sona çatdı. Türkiyə Mərkəzi Seçki Komissiyasının (YSK) məlumatına görə, səsvermənin ilkin nəticələri yerli vaxtla saat 21.00-da elan ediləcək.

XalqTV.com  target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">Trend-ə istinadən bildirir ki, Türkiyədə yaşlı seçicilər və əlil vətəndaşlar üçün mobil seçki məntəqələri yaradıldı.

Mobil seçki məntəqələri Türkiyənin tarixində ilk dəfə seçkilərdə tətbiq olunur.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərində səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək. Ümumilikdə Türkiyədə səsvermə hüququna 56 milyondan artıq insan malikdir.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları iyunun 11-17-dək səs veriblər.

Xaricdə yaşayan və prezident və parlament seçkilərində səs verən Türkiyə vətəndaşlarının sayı 1 468 408 nəfər təşkil edib. Ümumilikdə xarici ölkələrdə yaşayan 3 470 323 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Səsvermə Türkiyənin 60 ölkədə 123 diplomatik missiyasında keçirilib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR