idman

DÇ-2018: Argentinanın taleyi Çakıra əmanət

  • 24 Jun 2018
  • 155052 baxış

Türkiyəli hakim Cüneyt Çakır DÇ-2018-də növbəti təyinatını alıb.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, referi D qrupunda son turun ən maraqlı matçında əsas söz sahibi olacaq.

Nigeriya - Argentina görüşünə təyin olunan Çakıra yan xətdə Bahattin Duran və Tarık Ongun kömək edəcək.

Qeyd edək ki, Nigeriya - Argentina matçı iyunun 26-da, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR