SAĞLAMLIQ

Videooyunlardan asılılıq xəstəlikdir

  • 23 Jun 2018
  • 155215 baxış

Ümumdünya Səhiyyə Təşkilatı videooyunlardan asılılığı xəstəliklər və pozğunluqlar siyahısına daxil edib.
XalqTV.com ICTnews-a istinadən bildirir ki, videooyunlardan asılılıq 2022-ci ildə qüvvəyə minəcək Xəstəliklərin Beynəlxalq Təsnifatının (International Classification of Diseases, ICD) 11-ci variantına daxil edilib.

Qeyd olunur ki, müvafiq diaqnoz oyunlara görə insanın həyatında, işində və ya təhsilində problemlər yaranan zaman qoyulacaq.

Təşkilat nümayəndələrinin sözlərinə görə, oyun asılılığı oyun sessiyalarının tezliyinə və davametmə müddətinə, oyunlara sərf edilən vaxtın davamlılığına nəzarət qabiliyyətinin mütəmadi və ya dövri pozulması, eləcə də mənfi nəticələr yaranan zaman oyunu dayandırmaq bacarığının olmaması ilə xarakterizə olunur. Oyunlardan asılılıq mövcud olduğu halda insan onları digər maraqlardan və gündəlik fəaliyyətdən üstün tutur.  

>

Bildirilir ki, oyun asılılığı simptomları uzun müddət ərzində həm fasiləsiz inkişaf edə, həm də mütəmadi yarana bilər.

Qeyd edək ki, Xəstəliklərin Beynəlxalq Təsnifatı xəstəliklər və ölüm halları barədə məlumatlar toplamağa imkan verən dünya standart metodikasıdır. Standartlaşdırma müxtəlif ölkələrin tibb sahəsi işçilərinə daha effektiv informasiya mübadiləsi etməyə imkan verir ki, bu da son nəticədə müxtəlif xəstəliklərlə mübarizədə daha səmərəli üsulların müəyyənləşdirilməsinə şərait yaradır. Hazırda 1990-cı ildə yaradılan Xəstəliklərin Beynəlxalq Təsnifatının yenidən işlənmiş 10-cu variantından (XBT - 10) istifadə olunur və onun Ümumdünya Səhiyyə Təşkilatına (World Health Organization - WHO) üzv dövlətlərdə 1994-cü ildən tətbiqinə başlanılıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45770 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 638 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 641 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 610 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 717 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO