idman

Ronaldu: "Zidan mənə hücumda sərbəstlik verib"

  • 28 May 2017
  • 224 baxış

"Real Madrid"in portuqaliyalı ulduzu Kriştianu Ronaldu Çempionlar Liqasının finalı öncəsində formada olduğunu qeyd edib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Madrid klubunun əsas qol silahı bunları deyib:

"Mən həmişə hücumda sərbəstliyi sevirəm. Zidan belə bir imkanı mənə verib. Oynamalı olduğum mövqedə oynayıram. Mövsümün əvvəlində oyunların qrafikini müzakirə etmişdik. Mənə nə lazım olduğunu bilirəm. Son illərdə Çempionlar Liqasının final oyununa qədər yorğun olurdum. Bu mövsüm bir neçə oyunda istirahət etmişəm və özümü daha yaxşı hiss edirəm".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR