idman

\"Devid üçün yaxşı arvad olmağa çalışıram\"

  • 21 Jun 2018
  • 155778 baxış

43 yaşlı Devid və 44 yaşlı Viktoriya Bekham cütlüyünün boşanma xəbəri gündəmdən düşmür.

XalqTV.com axşam.az-a istinadən bildirir ki, ingilis mediası dəfələrlə 19 ildir evli olan məşhurların ayrıldığını iddia edib. Viktoriya isə paylaşımları və açıqlamaları ilə ərini çox sevdiyini, ayrılmadıqlarını sübut etməyə çalışır.

Bir neçə gün əvvəl "Forbes"lə bağlı tədbirdə çıxış edən modelyer ərini çox sevdiyini söyləyib.

>

"Onun üçün yaxşı arvad olmağa çalışıram. Evə gələndə telefonu kənara atıb, ancaq uşaqlarımla məşğul oluram. Evdə bütün işləri Devidlə bərabər bölürük. Mən evdə olmayanda o uşaqları məktəbə aparır, hazırlayır" deyə, Viktoriya sözlərinə əlavə edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR