idman
Portuqaliyada bu qapıçının şərəfinə heykəl ucaldıldı - FOTO
Portuqaliyada milli komandanın qapıçısı Rui Patrisioya heykəl qoyulub.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 29 yaşlı qolkiperin abidəsi doğma şəhəri Leirada ucaldılıb.
Müəllif Patrisionun AVRO-2016-nın finalındakı seyvindən ilhamlanıb. Onun həlledici oyunda Antuan Qrizmannın zərbəsinə göstərdiyi reaksiya heykəldə əks etdirilib. Qeyd edək ki, Patrisio "DraftOn" platformasına əsasən AVRO-2016-nın ən dəyərli qapıçısı seçilmişdi.
XalqTV.com
RƏYLƏR