Şou Bİznes

Brilliantdan fərqli ifa - “Məni axtar darıxanda”

  • 21 Jun 2018
  • 67854 baxış

Ötən gün xalq artisti Brilliant Dadaşova fenomenə çevirilən “Məni axtar darıxanda” adlı bəstəyə çəkdirdiyi klipini təqdim edir


Xalqtv.com-a istinaden xəbər verir ki, o, sözləri İlqar Fəhmi, musiqisi Aydın Sani Süleyman məxsus mahnını ifaçı Rəsul Əfəndiyevlə duet şəklində oxuyub.

Təqdimata əməkdar artistlər-  Ədalət Şükürov, Abbas Bağırov, müğənni Zamiq Hüseynov, aparıcılar-  Nərgiz Cəlilova, Leyla Quliyeva, Nuran Hüseynov və başqaları qatılıb. 

Dadaşova media nümayəndələri ilə bir araya gələrək ona ünvanlanan suallara cavab verib.  O, bu janrda mahnı ifa etməsinə aydınlıq gətirib:

“Bilmirəm mahnı hansı üslubda yazılıb. Əsas odur ki, mahnının xarakterini tapa biləsən. Sani də mahnının xarakterini tapıb. Həm siz meyxananı bu cür kiçiltməyin. Meyxana bədahətən söylənən şeirdir. Meyxana deyəndə Əliağa Vahid yada düşür. Onu kiçiltmək olmaz”.

Sənətçi “Deyirlər, müğənni toyda yetişir, buna münasibətiniz” sualına isə belə cavab verib:

“Əsl müğənni toyda yetişmir. Amma Alla Puqaçova, Meray Keri kimi ifaçılar da toyda oxuyur. Toyda oxumaq ayıb deyil. Mən də toya gedirəm. Bəstəkar mahnılarını da toyda ifa edənlərdən biriyəm. Orada da da eyni tamaşaçıdır. Hətta orada daha çox məsuliyyət var. Çünki toy adamları yeyib-içirlər, səninlə birgə mahnı ifa edirlər, amma konsertdə sakit otururlar. 5-6 saat toy idarə etmək üçün təcrübə, səs olmalıdır”.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR