Hadisə

Məşhur rəssam ömürlük həbs olundu: arvadının başını kəsib - FOTO

  • 21 Jun 2018
  • 54323 baxış

2016-cı ilin mayın 31-də ABŞ-ın LOos-Anceles şəhərində məşhur komikslər müəllifi Bleyk Leybelin məhkəməsi başlamışdı. O, qeyri-rəsmi nikahda yaşadığı arvadı Yana Kasyanı qətlə yetirməkdə suçlanırdı.

Milli.Az Xalqtv.com-a istinadən bildirir ki, əslən Ukraynadan olan 30 yaşlı Yananın cəsədini polis Leybelin mənzilində tapmışdı. Prokurorun dediyinə görə, ölümdən əvvəl Yanaya dəhşətli işgəncələr veriblər: "Sanki onun bədənindən bütün qanı sümürmüşdülər".

35 yaşlı Leybel ona qarşı irəli sürülən ittihamları qəbul etmirdi.

B.Leybel "Sindrom" adlı komikslər seriyasının müəllifi idi. Seriyanın buraxılışlarından brində baş qəhrəman gənc qadını amansızlıqla öldürüb. Prokurorun dediyinə görə, Yana Kasyan da eynən həmin komiksdəki "üsul"la qətlə yetirilmişdi.

Yana Kasyanla Leybelin qızları da doğulmuşdu. İdilliyanı (gözəl həyat) 2016-cı ilin mayın 20-dəki həbs pozdu. Leybel təcavüzdə suçlanaraq tutulmuş, sonra 100 min dollar müqabilində pullu zaminə buraxılmışdı. Leybel "Günahsızam" desə də, Yana ona inanmırdı. O, qızını da götürərək Los-Ancelesdə anasının mənzilinə yollanmışdı.

Mayın 24-də isə Yana əri ilə danışmaq qərarına gəlir və Bleykin mənzilinə yollanır.

Bundan sonra Yana itkin düşüb. Anası qızına zəng vuranda siə Yananın telefonu cavab verməyib. O, polisə xəbər verib.

Polislər Bleykin mənzilinə gələndə o, qapını açmaq istəmirdi, müqavimət göstərirdi.

Məhkəmənin qərarına görə, Bleyk Leybel ukraynalı Yana Kasyanın qətlində suçludur. O, Yananın başını kəsəndən sonra qadının vücudunu dəlik-deşik edib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR