Hadisə

İsmayıllıda faciə: 7 yaşlı uşaq öldü 21 İyun 2018 12:23

  • 21 Jun 2018
  • 64908 baxış

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Xalqtv.com-a istinadən xəbər verir ki, 50-BE-448 dövlət nömrə nişanlı, "QAZ 2400" markalı minik avtomobili Muğanlı-İsmayıllı yolunun 29-cu kilometrliyində hərəkətdə olarkən yolu keçən piyadanı, 2011-ci il təvəllüdlü Babayev Məhəmməd Əhməd oğlunu vurub. Ağır bədən xəsarətləri alan 7 yaşlı uşaq ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR