Hadisə

Bakıda BMW zəncirvari qəza törətdi - FOTO

  • 21 Jun 2018
  • 476210 baxış

Bakının Yasamal rayonunda 3 avtomobil toqquşub.

Milli.Az Xalqtv.com-a istinadən xəbər verir ki, Şəmsi Bədəlbəyli küçəsində yüksək sürətlə hərəkətdə olan "BMW" markalı avtomobilin sürücü Qış parkının yaxınlığında idarəetməni itirib.

Nəticədə "BMW" yol kənarında dayanan "Niva" markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən "Niva" qarşısında olan "Hyundai"yə dəyib. Hadisə zamanı "BMW" və "Niva" yarasız hala düşsə də, xəsarət alan olmayıb.

Yol-nəqliyyat hadisəsinin baş verdiyi əraziyə yol polisi əməkdaşları cəlb olunub. Qəzanın baş vermə səbəbini müəyyən etmək üçün avtotexniki ekspertiza təyin edilib. Hər üç maşın cərimə meydançasına aparılıb.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR