Hadisə

Mikroavtobus yük maşını ilə toqquşdu: yaralılar var

  • 21 Jun 2018
  • 56557 baxış

Yevlax rayonunda sərnişin mikroavtobusu yük maşını ilə toqquşub.

Milli.Az Xalqtv.com-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, 99-JE-959 dövlıət qeydiyyat nişanlı, "Mercedes" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq 21-BD-889 dövlət qeydiyyat nişanlı "KamAZ" markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. Onlardan ikisinin vəziyyətinin yüngül olduğundan hadisə yerində ilkin tibbi yardım göstərilib. Digər bir nəfər sərnişin, Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Həsən Cavid oğlu Ağazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR