idman

\"Messini qaydalar çərçivəsində dayandırmalıyıq\"

  • 21 Jun 2018
  • 343 baxış

Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Rakitiç DÇ-2018 çərçivəsində Argentinaya qarşı keçirəcəkləri oyundan danışıb.

XalqTV.com qol.az-a istinadən xəbər verir ki, o, "Barselona"dakı komanda yoldaşı Lionel Messinin qarşısını almalı olduqlarını bildirib:

"Bizi dünyanın ən yaxşı futbolçularına qarşı maraqlı oyun gözləyir. Dünya çempionatında çıxış etməyimizdən çox məmnunuq. Motivasiyamız yüksək səviyyədədir. 

Messini dayandırmalıyıq, təbii ki, qaydalar çərçivəsində. İlk oyundakı nəticə heç nəyi dəyişmir. İstənilən halda onlar favoritdirlər. Əminəm ki, Argentina yığması qələbə üçün əlindən gələni edəcək. Biz də bütün dünyaya gücümüzü göstərməliyik". 

Qeyd edək ki, sabah keçiriləcək Argentina - Xorvatiya matçı Bakı vaxtı ilə 22:00-da start götürəcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR