idman
\"Real\"dan yayın ilk transferi
"Real" mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, "Zarya"nın qolkiperi Andrey Lunin karyerasını Madrid klubunda davam etdirəcək.
Ukrayna klubu transfer müqabilində 8,5 milyon avro qazanacaq. Bununla yanaşı, Luninin çıxışından asılı olaraq, 4 milyon avro bonus da nəzərdə tutulub.
19 yaşlı qapıçı "Real"ın yeni mövsüm öncəsi ilk təlim-məşq toplantısına qatılacaq.
Qeyd edək ki, Andrey Luninin təcrübə qazanmaq üçün icarəyə verilməsi gündəmdədi.
XalqTV.com
RƏYLƏR