idman

Polşa Seneqala qarşı - YENİLƏNİR - FOTO

  • 19 Jun 2018
  • 338 baxış

Rusiyadakı dünya çempionatında bu gün daha 3 görüş keçiriləcək.

XalqTV.com-ın apasport.az-a istinadən saytının məlumatına görə, bununla həm qrup mərhələsində ilk tura yekun vurulacaq, həm də ikinci tura start veriləcək.

Qrup mərhələsində ilk tura Polşa - Seneqal qarşılaşması ilə yekun vurulacaq. Bu oyun daha çox Levandovski - Mane mübarizəsi kimi qələmə verilir. Polşalılar bir çoxları tərəfindən qrupun favoriti hesab olunsa da, Seneqal millisinin heyətində kifayət qədər tanınmış sima var.

Günün son duelində isə II turun ilk görüşü oynanılacaq. A qrupunun açılış matçında Səudiyyə Ərəbistanını darmadağın edən Rusiya ilk ciddi sınağını Misirə qarşı verəcək. Məhəmməd Salahın yoxluğunda Uruqvaya yenilən Misir yığması bu dəfə mütləq qalib gəlməlidi. Meydan sahibləri isə qələbə qazanmaqla 1/8 finala vəsiqəni əldə edə bilər.

Dünya çempionatı

19 iyun

H qrupu

19:00. Polşa - Seneqal

Hakimlər: Navaf Şükrülla, Yasir Tulefat (hər ikisi Bəhreyn), Tolib əl-Marri, Abdulrahman əl-Cassim (hər ikisi Qətər)

Moskva, "Spartak" stadionu

Polşa: 1. Voyçex Şesnı (q), 2. Mixal Pazdan, 4. Tyaqo Sionek, 7. Arkadius Milik, 9. Robert Levandovski (k), 10. Qreqorş Krixkovyak, 11. Kamil Qrosiçki, 13. Maçiey Ribus, 16. Yakub Blaşikovski, 19. Piotr Zielinski, 20. Lukas Pişçek

Ehtiyat oyunçular: 12. Bartoş Bialkovski (q), 22. Lukaş Fabianski (q), 3. Artur Jedrejçik, 5. Yan Bednarek, 6. Yacek Qoralski, 8. Karol Linetti, 14. Lukaş Teodorçuk, 15. Kamil Qlik, 17. Slavomir Pejko, 18. Bartoj Berejinski, 21. Rafal Kurjava, 23. David Kovnaçki

Baş məşqçi: Adam Navalka

Seneqal: 16. Xadim Ndaye (q), 3. Kalidu Kulibali, 5. İdrissa Qana Queyye, 6. Salif Sane, 9. Mame Diuf, 10. Sadio Mane (k), 12. Yusuf Sabali, 13. Alfred Ndiaye, 18. İsmaila Sarr, 19. Mbaye Niang, 22. Musa Vage

Ehtiyat oyunçular: 1. Abdullaye Diallo (q), 23. Alfred Qomis (q), 2. Adama Mbenqu, 4. Kara Mboji, 7. Musa Sou, 8. Şeyxu Kuyate, 11. Şeyx Ndoy, 14. Musa Konate, 15. Diafra Sako, 17. Pape Alinue Ndiaye, 20. Balde Keyta, 21. Lamine Qassama

Baş məşqçi: Aliu Sisse

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR