SAĞLAMLIQ

Bu qidalar beyni məhv edir - UZAQ DURUN

  • 19 Jun 2018
  • 151392 baxış

Mütəmadi olaraq yediyimiz qidalar həyatda qalmağımızla yanaşı, beyin sağlığımıza da ciddi şəkildə təsir edir. XalqTV.com ailem.az-a istinadən beynimizə mənfi təsir göstərən qidaların siyahısını təqdim edir.

Qızarmış qidalar

Bütün işlənmiş qidalar, kimyəvi maddələr, qatqı maddələri, süni dadlandırıcılar və qoruyucular bura daxildir. Bunlar həm uşaqlarda, həm də böyüklərdə ciddi beyin zədələrinə yol açır.

Dondurma

Aparılan bir çox araşdırma zamanı doymuş yağ və şəkərlə zəngin qidaların bilik və söz bacarıqlarını azaltdığını ortaya qoyub. Mütəxəssislər dondurma yemək yerinə təzə meyvə ilə hazırlanan soyuq qatıqların istifadəsini məsləhət görür.

Antrikot ət

Antrikot ətin ən çox sevilən yerlərindən biridir. Ancaq 170 qram antrikotda 12 qram doymuş yağ var. Doymuş yağların ürəklə yanaşı, alzheimer xəstəliyi riskini artırdığı və bilik səviyyəsinə mənfi mənada təsir etdiyi açıqlanıb.

Nikotin

>

Nikotin bir qida olmasa da, beyinə təsir edən güclü faktorlar arasında yer alır. Nikotinin zərərləri saymaqla bitmir. Orqanizmimizin ən əhəmiyyətli orqanı olan beyninizə qan getməsini əngəlləyir. Qan getməsə, oksigen də getməz.

Kiçik damarları tıxadığı üçün nevrotransmitterlərin inkişafına əngəl olur və fəaliyyətini əngəlləyir. Bu da sinir sistemini tükəndirir.

Konserv balıqlar 

Amerika Ürək Dərnəyi ürək sağlamlığı üçün həftədə 2 dəfə ton balığı istifadəsini tövsiyə edir. Ancaq konserv qutuda satılan ton balıqları sağlamlığa fayda yerinə, zərər verir. Konserv ton balıqlarının içərisində olan ağır metallar beyin sağlamlığına mənfi mənada təsir edir.

Fast food

Yaxın zamanda Montreal Universitetində aparılan bir araşdırma fast food məhsullarının beynin kimyasını dəyişdirdiyini ortaya qoyub. Bu da depressiyaya yol açır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45766 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 637 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 638 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 608 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 713 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO