İqtisadiyyat

\"2017-ci ildən etibarən...\"

  • 18 Jun 2018
  • 156591 baxış

OPEK-in prezidenti və Birləşmiş Ərəb Əmirliklərinin Energetika və Sənaye naziri Suheil əl-Mazrui bazar ertəsi bildirdi ki, dünya neft bazarı getdikcə balansına yaxınlaşır.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, onun sözlərinə görə, bu məsələ iyunun 22-də Vyanada keçiriləcək OPEK-in növbəti toplantısının əsas müzakirə mövzusu olacaq.

"2017-ci ildən etibarən neft ehtiyyatlarının səviyyəsi xeyli dərəcədə azalıb və neft bazarı daha da tarazlığa yaxınlaşır", - nazir deyib.

>

Eyni zamanda, o qeyd edib ki, təşkilat "bəzi idxalçı ölkələrin və istehlakçıların dünya bazarında mümkün neft defisiti ilə bağlı narahatlıqlarını nəzərə almalıdır".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR