idman

Ramil Şeydayev mövsümün son oyununda 2 qol vurdu

  • 28 May 2017
  • 220 baxış

Slovakiya Fortuna Liqasında 2016/17 mövsümünə yekun vurulub.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, sonuncu - 33-cü turda millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Zilina" evdə "Podbrezova" üzərində 4:0 hesablı qələbə qazanıb. Matça ehtiyat oyunçular skamyasında başlayan Ramil 61-ci dəqiqədə meydana daxil olub.

O, 82 və 89-cu dəqiqələrdə qol vurub. "Zilina" Slovakiya çempionluğunu bir neçə tur əvvəlcədən təmin edib. Komanda liqanı 73 xalla başa vurub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR