SAĞLAMLIQ

Hər gün 1 yumurta yemək üçün mühüm səbəb

  • 15 Jun 2018
  • 159311 baxış

Çində yarım milyon insan iştirakı ilə araşdırma keçirilib.

XalqTV.com saglamolun.az-a istinadən bildirir ki, araşdırmada yaşı 30-79 arası insanlar iştirak edib. Onların gündəlik rasionu təhlil olunub. Məlum olub ki, gün ərzində ən azı 1 yumurta yeyən insanlarda ürək-damar sistemi xəstəliklərinin riski yumurta yeməyən və ya nadir hallarda yeyən insanlarla müqayisədə xeyli azdır. Belə ki, onlarda insultun riski 26%, ürək-damar sistemi xəstəliklərindən ölümün  riski isə 18% daha azdır.

Əvvəllər belə hesab olunurdu ki, yumurtanın çoxlu miqdarda istehlakı xolesterinin səviyyəsini qaldırır. Hal hazırda alimlər bu fikirdən imtina ediblər.

Diyetoloqlar yumurtanı ən faydalı qidalar siyahısına daxil edib. Yumurtanın tərkibində 12 əsas vitamin və əksər minerallar var. 

>

Alimlər yumurtanı bişmiş halda yeməyi tövsiyə edirlər, yağda qızardılmış yumurtanın xeyirdən çox ziyanı var. Yumurtanı suda 5-6 dəqiqə ərzində qaynadın.

Nəzərə almaq lazımdır ki, yumurtanın həddindən artıq çoxlu miqdarda istehlakı böyrəklərin sağlamlığına ziyan vura bilər.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45755 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 627 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 628 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 600 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 702 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO