idman
\"Marsel\" UEFA tərəfindən cəzalandırıla bilər
"Marsel" klubu UEFA tərəfindən cəzalandırıla bilər.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, buna səbəb 4 il əvvəl Matyu Valbuenanın transferi zamanı futbolçunun menecerinə ödənişin edilməməsidi.
Belə ki, 2014-cü ildə Valbuena Moskva "Dinamo"suna keçərkən onun agenti Kristof Hutteuya çatmalı olan 568 min 800 avro hələ də verilməyib. Bu səbəbdən Hutteu "Marsel"i məhkəməyə verib. Artıq klubdan pulun ödənilməsi tələb edilib. Lakin məhkəmənin qərarı ilə razılaşmayan Fransa təmsilçisi də qarşı tərəfdən şikayət edib.
Məsələyə UEFA da qarışıb. Əgər menecerin haqlı olduğu üzə çıxsa, qitə futbol qurumu Fransa klubunu cəzalandıra bilər.
XalqTV.com
RƏYLƏR