SAĞLAMLIQ

Viruslar antibiotikləri əvəzləyə bilər

  • 15 Jun 2018
  • 324 baxış

Antibiotiklərin viruslarla əvəzlənməsi təsəvvür edildiyi qədər qorxulu iş deyildir. Müəyyən bakteriyalara qarşı mübarizə aparan bəzi viruslar həqiqətən də dərman qutusundakı antibiotikləri əvəzləyə bilər.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, antibiotiklərə qarşı rezistentlik problemi müasir tibbin ən kəskin problemlərindən biridir. Bu səbəbdən xəstəliklərə qarşı mübarizə aparmaq getdikcə çətinləşir, hətta asanlıqla müalicə olunan süzənək də əsl fəlakətə çevrilir. Yeni tədqiqat ümid verir ki, alimlər antibiotiklərin səmərəli əvəzləyicisini tapa bilərlər və bu əvəzləyici viruslar ola bilər.

Virus adətən epidemiya ilə assosiasiya olunur. Epidemiyalar zamanı xəstəlik törədən parazitlər insanlara böyük ziyan vurur. Əslində isə virusların çoxu bizim üçün zərərsizdir və bakteriyaların düşmənidir. Təkcə bakteriyalara hücum edən virusları bakteriofaqlar adlandırırlar. Bu viruslar bakteriyalara qarşı mübarizə aparmağa ideal namizəddir.

>

Bir qrup tədqiqatçı bakteriofaqların xəstəliklərə qarşı mübarizədə nə dərəcədə səmərəli olduğunu və pasiyentlərə hər hansı kənar təsir göstərib-göstərmədiyini müəyyənləşdirmək üçün klinik sınaqlar aparıb. Məlum olub ki, bakteriofaqlar nəinki bakteriyaları zərərsizləşdirir, eyni zamanda antibiotiklər kimi kənar təsir göstərmir, yəni immun sistemini zəiflətmir, mədə-bağırsaq sistemində problemlər yaratmır. Bu ona görə baş verir ki, bütün bakteriyalara zərbə vuran antibiotiklərdən fərqli olaraq, bakteriofaqlar bakteriyaların spesifik tipini zərərsizləşdirir.

Belə çıxır ki, xəstəliklərə qarşı mübarizədə viruslardan istifadə etmək daha yaxşıdır. Bunun üçün xəstəlik törədən bakteriyanın növünü seçmək və müvafiq bakteriofaqı yeritmək lazımdır. Bu bakteriofaq insanın mikrobiomundakı kövrək tarazlığı pozmadan problemi həll edir. Əlbəttə, tezliklə virusları apteklərdə satmaq üçün bir klinik test yetərli deyildir, amma bu tədqiqat irəliyə doğru atılmış böyük addımdır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45755 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 627 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 628 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 600 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 703 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO