idman

Şok itki ilə gələn DÇ rekordları

  • 15 Jun 2018
  • 159280 baxış

Futbol üzrə Rusiya yığması DÇ-2018-in açılış matçında Səudiyyə Ərəbistanına 5:0 hesabıyla qalib gəlsə də, bu oyunda ciddi itki ilə üzləşdi.

XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, qarşılaşmanın ilk yarısındaca topsuz vəziyyətdə əzələsini dartan Alan Dzaqoyev matçı davam etdirə bilmədi. Bu üzdən də o, erkən əvəzlənmək məcburiyyətində qaldı.

Artıq Moskva ÇSKA-sının şərəfini qoruyan futbolçunun durumuna aydınlıq gəlib. Dzaqoyevin azı 1-2 həftə oynaya bilməyəcəyi bildirilir. Bunu yığmanın həkimi, həmçinin Rusiya Premyer Liqasının prezidenti Sergey Pryadkin də təsdiqləyib. Bu isə futbolçunun qrup mərhələsindəki növbəti oyunlarda iştirak edə bilməyəcəyindən xəbər verir.

Qeyd edək ki, Dzaqoyevi əvəz edən Denis Çerışev bu qarşılaşmanın qəhrəmanına çevrildi. O, komandasının qələbəsinə vurduğu 2 qolla töhfə verdi və matçın ən yaxşı futbolçusu seçildi.

Yeri gəlmişkən, Dzaqoyevin 24-cü dəqiqədə Çerışevlə əvəzlənməsi dünya çempionatları tarixində ən erkən əvəzlənmə olub. Çerışev daha bir maraqlı ilkə imza atıb. O, dünya çempionatlarında əvəzetmədən meydana çıxmaqla mundialın ilk oyununda qol vuran yeganə futbolçuya çevrilib. Əvvəlki 20 dünya çempionatının heç birində açılış oyununda sonradan meydana çıxan futbolçular qol vura bilməyib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR