Mədəniyyət

Yer üzündə olan bu 3 ev çox dəyərlidir

  • 14 Jun 2018
  • 156761 baxış

Ustad Ənsarian buyurur: "Allah Təala yer üzərində olan üç evi əziz və dəyərli hesab etmişdir. Onlardan biri - Beytul-məmurdur ki, Quran onu Beytul-ətiq adlandırmışdır.

İkinci ev - Kəbədir.

XalqTV.com deyerler.org-a istinadən bildirir ki, üçüncü ev isə möminin qəlbidir. Möminin qəlbinin dəyəri Allah yanında başqa evlərdən daha üstündür. Hədislərimizin nəzərinə görə, möminin qəlbi Allahın ərşi hesab olunur.

Peyğəmbəri-Əkrəm (s) buyurur: "Möminin qəlbi - Rəhmanın ərşidir".

>

Peyğəmbərin (s) bu dəyərli kəlamında məqsədi odur ki, bütün insanlar qəblərini orada sakin olan bütlərdən pak etsinlər. Bu bütlərə: məqamı, elmi, malı, vəzifəni, gözəlliyi... misal göstərmək olar.

O qəlbdə ki, mal və vəzifə bütü olar - Sübhan Allahı təsbih edə bilməz. O qəlbdəki gözəllik və zahirpərəstlik bütü olar - Allahı mədh və sitayiş edə bilməz". (Tebyan)

Allah Təala bizləri, qəlbini Rəhmanın ərşi edən bəndələrdən qərar versin, inşəallah.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR