SAĞLAMLIQ

Şərabxor insan, gələcək nəslinə də ziyan vurar

  • 14 Jun 2018
  • 156368 baxış

Şərab - həm insanın özünə mənfi təsirlər qoyar, həm də nəslinə və gələcək nəslinə təsirlər qoyar. Ona görə də dinimiz şərab içən insanlarla ailə qurmağı kəskin şəkildə pisləmişdir.

Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim öz qızını şərab içənə ərə verərsə, ona bənzəyir ki, onu zina və iffətsizlik yoluna sövq etmişdir".

XalqTV.com deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) buyurur: "Hər kim qızını şərab içənə verərsə, bu əməllə onun rəhmətini kəsmiş olar".

Alimlər öz tədqiqatları nəticəsində bu qənaətə gəlmişlər ki, şərab insan nütfəsinin bir çox hissələrinə dağıdıcı təsirlər qoyar və gen yaddaşına ziyanlı təsirlər edər. O cümlədən: inkişafında məhdudiyyətlər yaradar, beynində nöqsana səbəb olar, ürəyində nöqsana səbəb olar, görmə qabiliyyətini zəiflədər və sair.

Ən pisi isə odur ki, şərab gələcək nəsillərə də öz təsirini ötürər və onların da inkişafına dağıdıcı təsirlər qoyar.

>

Bu barədə aparılan beynəlxalq tədqiqatda belə nəticəyə gəlmişdilər: "Şərab içmək nəinki beynin inkişafı üçün ziyanlıdır, bəlkə gələcək nəslin də beyin fəaliyyətinə təhlükəli təsirlər qoyur.

O uşağın ki, valideyni şərab içir, istər-istəməz bu uşağın beynində naqisliklər olar, tez stressə düşər və depressiyada olar. Şərab genlərə təsir qoyar və ona görə də onun dağıdıcı təsirini gələcək nəsillər üçün aradan qaldırmaq mümkünsüzdür. O kəslər ki, şərab içir - nəinki öz beyninə, əslində övladlarının və gələcək nəsillərinin də beyninə dağıdıcı təsirlər qoyur".

Beləliklə, nəzərə almaq lazımdır ki, şərab həm insanın özünə və həm də gələcək nəsillərinə mənfi təsirlər qoyar.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45755 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 627 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 628 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 600 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 702 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO