idman

İspaniya yığmasına yeni baş məşqçi təyin edildi

  • 13 Jun 2018
  • 159351 baxış

Madrid "Real"ının sabiq futbolçusu və İspaniya Kral Futbol Federasiyasının idman direktoru Fernando Yerro İspaniyanın baş məşqçisi təyin olunub.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, o bu vəzifədə Xulen Lopetegini əvəzləyəcək.

İspaniya Futbol Federasiyası dünya çempionatının başlamasına bir gün qalmış milli komandanın X.Lopetegini vəzifəsindən azad edib. Bu addım X.Lopeteginin "Real" Madrid futbol klubuna baş məşqçi təyin olunması barədə məlumatın yayılması ilə əlaqədar atılıb.

Qeyd edək ki, dünya çempionatı sabah start götürür. İspaniya millisi ilk matçını iyunun 15-i hazırkı Avropa çempionları Portuqaliyaya qarşı keçirəcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR