idman

Çempionlar Liqasının 54-cü iştirakçı bilindi

  • 13 Jun 2018
  • 150576 baxış

2014-cü ilin avqustundan 2016-cı ilin mayına qədər futzal üzrə Azərbaycan millisinin və "Araz" klubunun baş məşqçisi olan Tino Perez İtaliya çempionu olub.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, İtaliyanın "Akua e Sapone" komandasını çalışdıran təcrübəli mütəxəssis ölkəmizdən sonra növbəti titulunu qazanıb.

Onun rəhbərliyi altında komandası pley-off seriyasında "Luparense"ni qabaqlayıb. Bununla da Çempionlar Liqasında iştirak edəcək 54-cü komandanın adı dəqiqləşib.

Ümumilikdə 59 komandanın qalib adı uğrunda yarışacağı liqada 5 ölkəni - Türkiyə, Gürcüstan, İrlandiya, Farer adaları və Lixtenşteyni hansı komandanın təmsil edəcəyi hələ dəqiqləşməyib.

Qeyd edək ki, Azərbaycan çempionu "Araz" mübarizəyə əsas mərhələdən başlayacaq. Bu mərhələnin matçları oktyabrın 2-dən 7-dək keçiriləcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR