SAĞLAMLIQ

Yuxudan erkən oyananlar...

  • 13 Jun 2018
  • 150587 baxış

Səhər erkən yuxudan oyanmaq sağlamlığa yaxşı təsir edir. XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, alimlərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, erkən oyanmanın mənəvi və fiziki cəhətdən faydalı cəhətləri var.

Tezdən yuxudan oyananlar gün ərzində daha enerjili olurlar. Gec yatıb səhər yuxudan oyana bilməyənlər isə günboyu özlərini yorğun hiss edirlər. Onlar vaxtı düzgün bölə bilmədiklərinə görə dostları ilə görüş və əyləncələri qaçırırlar.

Yuxudan nə vaxt oyanmaq həm iş həyatına, həm də şəxsi həyata yaxşı təsir edir. Erkən qalxanlar özlərini daha xoşbəxt hiss edirlər. Alimlər bunun səbəbini səhər saatlarında havada ionların çox olması ilə əlaqələndirirlər. Bu hal tezdən oyananlarda depressiya riskini xeyli azaldır. Araşdırmalar göstərir ki, gec yatıb səhər yuxudan oyanmaqda çətinlik çəkənlər yeniliyə meyilli olur, gün ərzində daha çox fast-fud və şirniyyat yeyirlər. Tez yatıb erkən oyananlar isə günboyu özlərini enerjili və tox hiss edir, ona görə də meyvə və tərəvəzlərlə qidalanmağa üstünlük verirlər.

>

Araşdırmalar sübut edib ki, səhər erkən oyananlar çətinliklə üzləşəndə onu çox sakit şəkildə yoluna qoya bilirlər.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45770 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 638 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 642 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 611 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 717 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO