SAĞLAMLIQ

Qan hüceyrələri beyin hüceyrələrinə çevrildi

  • 13 Jun 2018
  • 152420 baxış

Stenford Universitetinin araşdırmaçıları son illərin ən önəmli işlərindən birini edərək, tarixi dəyişdirəcək bir texniki kəşf etdiklərini açıqladılar. İnsandan alınan qan nümunəsinin içindəki immunitet hüceyrələri, bu texnika ilə 3 həftə ərzində bir beyin hüceyrəsinə, yəni neyrona çevrilir.

XalqTV.com deyerler.org-a istinadən bildirir ki, müasir elmin təqdim etdiyi bir çox imkan sayəsində, bədənimizin fərqli hissələrindən aldığımız hüceyrələri, neyronlara çevirməyə çalışırıq. Bu mövzuda aparılan araşdırmalarda siçanlar üzərində aldığımız kəşflər, elm insanlarına istiqamət verir. 2011-ci ildə dəri hüceyrələrindən beyin hüceyrəsi əldə edilmək üçün edilən bir araşdırma, üsulun müvəffəqiyyətli olduğunu ancaq çox asan olmadığını göstərdi.

>

Yəni alimlərin insan bədənindən bir başqa hüceyrə qrupunu seçməsi lazım idi. Stenford Universitetinin araşdırmaçıları, qandakı immunitet hüceyrələrini bu iş üçün seçdilər. Edilən işin rəhbəri Marius Uernig dedi: "Dəridən istehsalda istifadə edilən kök hüceyrələrə çatmaq bahalı və zəhmətlidir. Bundan əlavə, bu hüceyrələrin əldə edilməsi, xəstələrin ağrı yaşamasına səbəb olur, bu səbəbdən yeni bir qaynağa ehtiyacımız var idi".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45765 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 635 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 637 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 607 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 712 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO