Mədəniyyət

Müasir dövrdə şəriəti tətbiq etmək mümkündürmü?

  • 12 Jun 2018
  • 152541 baxış

Şəriəti tətbiq etmək, dövlət qurmaq deməkmi? Mən dövlət qurmaqlamı əmr olundum? Mən ilk əvvəl bu şəriəti öz nəfsimdə tətbiq etməliyəm. Bundan sonra ailəmə təbliğ edərəm. Gücüm yetdiyi ölçüdə onların da tətbiq etmələrinə çalışaram. İnsanların qəbul etmədikləri, istəmədikləri şeylərə Allah özü belə məcbur eləmir.

XalqTV.com muselmanlar.com-a istinadən bildirir ki, xalq istədiyi dövləti qurmaq səlahiyyətinə sahibdir. Əgər şəriəti istəyərlərsə, o zaman şəriət qanunları da tətbiq edilər. Biz, gücümüz çatan qədərindən məsuliyyət daşıyırıq. İnsanlar istəməsə də xalq qəbul etməsə də dövlər tətbiq etməsə də biz, dünyada tək də qalsaq öz nəfsimizdə tətbiq etməyi bacarmalıyıq. Çünki, axirətdə hərkəs öz etdiklərinə cavabdehlik edəcəkdir.

Şəriət, insandakı fitri qanunların insan həyatına tətbiq olunmasıdır. Bundan daha hüzurlu həyat düşünülə bilməz.

>

Bu gün şəriət dedikdə, insanların çoxunun ağlına Qurandakılar deyil, başqalarının oxutduqları və eşitdirdikləri gəlir. Yəni, "başkəsmə", "terrör" və başqa şeylər gəlir. Halbuki, Qurandakı həqiqi şəriəti istəyir öz nəfsində, ailəsində, istəyirsə bir dövlətin başçısı olaraq tətbiq edən birinin bu şəriətə heyran qalmaması mümkün deyildir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR