idman

\"Monako\" 16 yaşlı vunderkind tapdı

  • 12 Jun 2018
  • 152466 baxış

"Monako" "Anderlext"in gənc futbolçusu Eliot Matazonu transfer edib.

XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, bu barədə "Knyazlıq klubun"un rəsmi saytı məlumat yayıb. 16 yaşlı istedadlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. Matazo Belçika klubunun gənclər komandasının kapitanı olub.

"Monako"nun vitse-prezidenti və baş direktoru Vadim Vasilyev onun haqda xoş sözlər deyib:

"Matazonun transferi onu göstərir ki, klubumuzun qapısı Avropada olan istənilən istedadlı futbolçu üçün açıqdı. Onun arxasınca düşən klub çox idi. Ancaq futbolçu bizi seçdi və burada inkişaf edəcəyinə inandı".

Matazo da "Monako"nun oyunlarını izlədiyini bildirib:

"Mənim üçün unudulmaz gündür. Heyətində böyük ulduzlar olan "Monako"nu həmişə izləyirdim. "Anderlext"in bütün yeniyetmə və gənc komandalarında demək olar, kapitan olmuşam və bu illərdə çox şey öyrənmişəm. "Monako"da inkişaf etmək üçün var gücümlə çalışacam".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR