İqtİsadİyyat

Albayrak: \"TANAP yüzilliyin ən mühüm layihəsidir\"

Masya
Masya
  • 12 Jun 2018
  • 152257 baxış

Transanadolu boru kəməri (TANAP) yüzilliyin ən mühüm layihəsidir.

XalqTV.com-ın Trend-ə istinadən məlumatına görə, bunu Türkiyənin energetika naziri Berat Albayrak bu gün Türkiyənin Əskişəhər vilayətində keçirilən TANAP layihəsinin açılış mərasimində deyib.

Nazir qeyd edib ki, TANAP, həmçinin regionda sülh və sabitlik layihəsidir: "TANAP Azərbaycan və Türkiyə əməkdaşlığının əyani təzahürüdür".

Türkiyəli nazirin sözlərinə görə, Transanadolu boru kəməri Avropanın enerji təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, cari ildə ilk qaz TANAP vasitəsilə Türkiyəyə ixrac olunacaq. 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 milyard kubmetrədək artırıla bilər.

Xatırladaq ki, mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin təntənəli açılışı baş tutub. Bu gün isə TANAP layihəsinin açılış mərasimi keçirilir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR