idman
Bordinin köməkçiləri bəlli oldu
Yeni mövsümdə "Neftçi"yə rəhbərlik edəcək Roberto Bordinin daha iki köməkçisi müəyyənləşib.
XalqTV.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunlardan biri ötən mövsüm "Səbail"in U-17 komandasının baş məşqçisi kimi gümüş medal qazanan Füzuli Məmmədov, digəri isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək Etibar Tarıverdiyevdir. Hər iki mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Füzuli Məmmədov UEFA-nın A, Etibar Tarıverdiyev isə B kateqoriyalı məşqçisidir.
Qeyd edək ki, fiziki hazırlıq üzrə məşqçi italiyalı Andrea Vezzu olacaq.
XalqTV.com
RƏYLƏR