SAĞLAMLIQ

Genetiklər: Bu dərmanlar təhlükəlidir

  • 11 Jun 2018
  • 152437 baxış

Bir çox tibb işçiləri öz pasiyentlərinə qanda xolesterini aşağı salan dərmanlar yazırlar. Həmin dərmanların insan orqanizminə təsirini öyrənən alimlər belə nəticəyə gəliblər ki, bu preparatlar təhlükəlidir.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, xolesterinin dərəcəsini aşağı salan dərmanlar son vaxtlar tibbi preparatlar arasında populyarlaşıb. Bir çox tibb işçiləri hesab edir ki, bu tip preparatlar ürəyin fəaliyyətini yaxşılaşdırır.

"Genotek" tibbi-genetik mərkəzin mütəxəssisləri bu qrup dərmanların insan orqanizminə təsirini öyrənməyə istiqamətlənmiş xüsusi tədqiqatlar aparıblar. Eksperimentin gedişində müəyyən edilib ki, xolesterinin dərəcəsini azaldan dərmanlar təhlükəlidir və pasiyentlərin 36 faizində əzələ xəstəliklərinə gətirib çıxara bilər.

>

Xatırladaq ki, bu dərman qrupu statinlərə aid edilir və qan damarlarının divarcıqlarında əmələ gələn xolesterin piləkləri ilə mübarizə aparmaq üçün nəzərdə tutulur. Alimlər bundan əvvəl sübut etmişdilər ki, bu cür törəmələr insanda infarkt və insultun əmələ gəlməsi riskini artırır.

İndi isə genetiklər sübut ediblər ki, bu preparatlar müəyyən genlərdə dəyişiklikləri olan insanlar üçün təhlükə daşıyıcısıdır. Belə hallarda miopatiyanın inkişaf riski artır, ürək əzələləri gücdən düşür və onların quruması baş verir. Genetiklər müxtəlif yaşlarda olan 2100 insanı müayinə etdikdən sonra bu nəticəyə gəliblər.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45770 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 638 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 641 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 611 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 717 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO