Hadisə

Göyçayda qəbiristanlığın yaxınlığında naməlum kişi meyiti tapıldı

  • 11 Jun 2018
  • 375 baxış

Göyçay rayonunda kişi meyiti tapılıb.

XalqTv.com APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayonun Potu kəndinin qəbiristanlığının yanında təxminən 50 yaşında naməlum kişi meyiti aşkarlanıb.

Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Onun iki gün əvvəl öldüyü ehtimal edilir. Meyit müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

Ölümün hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR