İqtisadiyyat

Qlobal e-ticarətdə istehlakçı haqqları

  • 10 Jun 2018
  • 1549010 baxış

E-ticarət saytlarından mal və ya xidmət sifariş edən zaman diqqət etməli olduğunuz nüanslar var. Günümüzdə ən önəmli şirkətlərin belə e-ticarətə yönəldiyini düşünəndə anlamaq olur ki, niyə istehlakçı haqqlarını qorumaq labüddür.

XalqTV.com facemark.az-a istinadən bildirir ki, əgər istehlakçılar haqqlarını bilirsə, e-ticarət saytlarından istifadə edən zaman qaydalara əməl edirlərsə təhlükəsizlik problemi də aradan qalxmış olur. Bununla e-ticarət saytlarını idarə edənlər də daha diqqətli olacaqlar.

Yayınma haqqı:

E-ticarətdə qaydalar haqqında, həm "İstehlakçıların Qorunması" qanunda, həm də "Məsafəli Satışların İdarəedilməsi" haqqında qanunda geniş məlumat verilib. Amma təəssüf ki, bir sıra müştərilər bu qanunlar və onların tələbləri haqqında xəbərsizdirlər.

Yayınma haqqı ilə istehlakçı, mal və ya xidməti heç bir səbəb bildirmədən, təslim aldığı tarixdən etibarən 14 gün içərisində geri qaytara bilər.

Alıcı satıcıya bu xəbərdarlığı çatdırılma tarixindən etibarən 14 gün içində etməli, satıcı da alıcının bu tələbini aldıqdan sonra ən geci 10 gün içində, alıcıya hər-hansı bir əlavə ödəniş tələb etmədən məhsulu geri qaytarmalıdır.

Yayınma haqqı təbii ki, hər məhsula aid deyil. Şirkətlər bu məsələləri özəlliklə "Məsafəli Satış Sözləşməsin"də bildirməlidirlər. Yayınma haqqının keçərli olmadığı məhsullar:

- Şəxsə özəl olaraq istehsal olunan və ya özəl vəziyyətə gətirilən məhsullar;

- Xüsusiyyət etibarilə geri göndərilməyə əlverişli olmayan məhsullar (İç geyimləri, çimərlik geyimi, kosmetika məhsulları kimi gigeyinik qaydalara əməl etməli olduğumuz məhsullar, məhsulun açılmamış və istifadə olunmaması);

- Alıcı tərəfindən açılmış olan səs və ya görüntü qeydləri (DVD, CD, kaset və başqaları) və çap məhsulları (kitab, jurnal və s). Yazılım proqramları və kompüter aksesuar vasitələri;

- Tez xarabolma təhlükəsi olan və ya son istifadə tarixi keçmə ehtimalı olan məhsullar.

- Qiyməti birja və ya təşkilatlanmış digər bazarlarda təyin olunan məhsullar (külçə, zinət qızıl/gümüş kateqoriyasındaki bütün məhsullar və s.)

>

- Tətil kateqoriyasından satın alınan otel, ölkədaxili/ölkəxarici turlar, gəzinti və təyyarə bileti kimi məhsul və xidmətlər. Bu məhsul və xidmətlərin ləğvi/ geri qaytarılması satıcı agentlik tətbiqi istiqamətində edilir.

Qüsurlu məhsul

Sizə təslim edilən məhsul vəd edilən məhsulla eyni deyil, bildirilən özəlliklərə sahib deyilsə, qüsurlu məhsuldur. Təbii ki, bu vəziyyətin hər mal və ya xidmət üçün ayrı-ayrı dəyərləndirilməsi lazımdır.

Əgər satın alınan məhsulda adi gözlə görünəbilən bir qüsur və ya problem varsa açıq qüsurdur. Bu vəziyyətdə istehlakçı 30 gün içində bu vəziyyəti satıcıya bildirməlidir, əksi təqdirdə qəbul etmiş sayılır. Məsələn, bir eynək aldınız, lakin sizə gəldiyində şüşəsi qırıqdırsa, açıq qüsurdur. Bu kimi hallarda istehlakçı satıcıdan məhsulun qüsursuz olanı ilə dəyişdirilməsini və ya real qiyməti üzərindən endirim tələb edə bilir.

Əgər satın alınan məhsulun təslim alındığında deyil, istifadə etdikcə qüsur ortaya çıxırsa, bu, gizli qüsurdur. Bu vəziyyətdə istehlakçı, təslimat tarixindən etibarən 2 il içərisində satıcıya xəbərdarlıq edə bilər.

İstehlakçı məhkəmə heyəti və istehlakçı məhkəmələri

Hakim heyəti bir məhkəmə deyil, qərarverici orqandır. Dolayısı ilə verilən qərarlar qəti deyildir və bu qərarlara qarşı etiraz etmək olar, dava açıla bilər.

2017-ci il etibarilə, 1290 manatdan aşağı olan anlaşılmazlıq üçün "İstehlakçı Hakim Heyəti"nə, bu rəqəmin üstündə olarsa da "İstehlakçı Məhkəmələri"nə baş vura bilər. "Hakim Heyəti"nə baş vurmaq həm zaman, həm də az büdcəli olduğu üçün üstünlük verilir.

Yük təslim edilməsi zamanı haqqlar

İstehlakçı, yükünü təslim aldıqdan sonra yükü açmalı, yoxlamalı və ondan sonra təslim aldığına dair imza atmalıdır. Tətbiqdə hər nə qədər tərsi olsa da, bu xüsusa diqqət etməkdə fayda var. Yükü yoxlayan zaman, istehlakçı hər-hansı bir ziyan və ya əskiklik görürsə, yükü təslim almadan geri qaytarmaq haqqı vardır. Bu vəziyyətdə yük firması işçisi tərəfindən "Ziyan Təsbit Protokolu" hazırlatmaq haqqı da vardır. Bununla bərabər, istehlakçı mütləq yüklə bərabər məhsulun fakturasının gəlib gəlmədiyini də yoxlamalıdır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR