İqtisadiyyat

Rayonlarda kombayn çatışmazlığı yaşanır - VİDEO

  • 09 Jun 2018
  • 158963 baxış

Bu il sahələrdə taxıl əkib-becərən fermerlərin məhsul yığımı gecikir. Kombayn çatışmazlığı səbəbindən biçin aparılmır.

XalqTV.com xezerxeber.az-a istinadən bildirir ki, bu problem əsasən Kürdəmir, Sabirabad, Ağcabədi, Şəki, Yevlax və Ağdaş rayonlarında yaşanır. Bu rayonlarda biçilməmiş xeyli sahə qalıb. Vətəndaşlar isə biçin işlərinin gecikməsi ucbatından məhsulun itkiyə getməsindən narahatdırlar.
"Aqrolizinq" ASC-nin şöbə müdiri İsrafil Məmmədov "Xəzər Xəbər"ə bildirdi ki, problemin aradan qaldırılması üçün əlavə olaraq 40 kombayn prosesə cəlb olunub.
Məhsulunu hələ də biçdirib yığa bilməyən fermerlər vəziyyəti yerində araşdırmaları üçün "Aqrolizinq"in əməkdaşlarına müraciət ediblər. Növbəti dəfə Ağdaş və Yevlaxda biçinin vaxtında aparılması üçün bu rayonlara texnikalar göndəriləcək.
Şöbə müdiri İsrafil Məmmədov deyir ki, hazırda respublika üzrə biçin işlərində 2300-ə yaxın kombayn işləyir. Bu texnikalar növbəlilik əsasında iş görür.

>

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR