SAĞLAMLIQ

Qırmızı soğanın faydaları

  • 08 Jun 2018
  • 157356 baxış

Xanımların mətbəxdə ən çox istifadə etdiyi məhsullardan olan qırmızı soğanın faydaları saymaqla bitmir.

XalqTV.com yenicag.az-a istinadən xəbər verir ki, bu qida gündəlik istifadə üçün olduqca ucuz və əlverişlidir. İlk növbədə qırmızı soğan ürəyi gücləndirir, tərkibindəki esterlər qanın laxtalanmasının qarşısını alır. Qan təzyiqini aşağı salan bu qida "şəkər" xəstəliyinin də dərmanıdır.

Məlumdur ki, soğan mikroblara və viruslara qarşı istifadə edilən mükəmməl vasitədir. Kəsik və yanıq yaralarına mikrob düşməməsi üçün həmin hissələrə qırmızı soğan suyu vurmaq lazımdır.

Həmçinin, öd kisəsinin ifrazını artıran qırmızı soğan daşın yaranmasının qarşısını alır.

Qadınlar tez-tez əl və ayaq dırnaqlarının qırılmasından şikayətlənir, bunun üçün müxtəlif vitaminlər qəbul edirlər. Lakin dırnaqları qırmızı soğan suyu ilə yumaqla bu problemdən həmişəlik can qurtarmaq mümkündür.

>

Yəqin ki, bir çoxunuz böyüklərdən şişən bölgəyə soğan qoyulması barədə məsləhətlər eşitmisiniz. Şişmələr üçün ən yaxşı vasitə yeməkdən əvvəl bir qaşıq soğan suyudur.

Burunda qanaxma olduqda da soğanı ikiyə bölün və burnunuza bağlayın. Bununla da, qan dayanacaq.

Qırmızı soğan həm də iltihabı təmizləyən əvəzedilməz məhsuldur. Bədənin müxtəlif yerlərində çıxan iltihablı çibanlara qarşı soğanın qabıqlarını qaynadıb həmin hissələrə qoymaq lazımdır. Həmçinin, tez-tez qabarlarla mübarizə aparmalı olursunuzsa, qırmızı soğan sizi xilas edəcək.

Mədəsindən şikayətlənənlər, qarın ağrısı və mədə qanaması keçirənlər incə doğranmış soğanı südün içində qaynadaraq içməlidir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45765 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 635 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 637 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 606 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 712 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO