İbrahimoviçdən ittiham
"LA Qelaksi"nin hücumçusu Zlatan İbrahimoviç karyerasının son dünya çempionatında oynamaq imkanından məhrum oldu. Təcrübəli forvard 2016-cı ildə getdiyi İsveç millisinə geri dönməyə çalışsa da, federasiya buna qarşı çıxmışdı.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, İbrahimoviç mundiala aparılmamasının səbəbini yerli mediada görüb. İbrahimoviçin sözlərinə görə köklü isveçli olmaması buna təsir göstərib.
"İsveç KİV-lərinin mentaliteti belədir. Mənim adım İsveç üçün tipik deyil. Bu ölkəyə xas davranış və xarakterim olmasa da, millidə rekord, əvvəlki kimi mənə məxsusdur. Dünya çempionatı futbolda ən böyük bayramdır. Orda ən yaxşı futbolçular oynayır. Zlatan da mundialda iştirak etməliydi, amma belə olmadı. Titullarım hər şeyi deyir. "Ayaks", "Yuventus", "İnter", "Barselona", "Milan", PSJ, "Mançester Yunayted"də çıxış etmişəm. Həqiqətən, komanda oyununa uyğun gəlmirəmsə, mükafatları mənim əvəzimə kim qazanıb?İnanın, bunu necə etmək lazım olduğunu bilirəm".
XalqTV.com