Hadisə

15 nəfərin yaralandığı dəhşətli qəzadan

  • 08 Jun 2018
  • 151656 baxış

Yaralılar təcili tibbi yardım stansiyasının 5 avtomobili ilə Şamaxı Diaqnostika Mərkəzi və rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Şəkidən Bakı istiqamətində hərəkət edən "55 BT 471" dövlət nömrə nişanlı "Ford" markalı sərnişindaşıyan avtomobil ilə "Mersedes" toqquşub. Nəticədə "Ford" aşıb. 

XalqTv.com ARB TV-yə istinadən xəbər verir ki, hadisə bu gün saat 09:00 radələrində Bakı-Şamaxı-Yevlax magistralının Mirikənd kəndindən keçən hissəsində qeydə alınıb. 

İlkin məlumata görə, 15 nəfər - Şəki sakinləri İbrahimxəlil Məmmədli, Süleyman Babayev, İlham Rzayev, Qurban Rəhimov, Qızılgül Səmədova, Toğrul Məmmədov, Yaqub Ömərov, Röyal Məmmədov, Bəsti Darçınova, İlham Abdulrəhmanov, Humay Ağabalayeva, Xəyal Rüstəmov, Raidə Zamanova və hələ ki, adları məlum olmayan daha 2 nəfər ağır bədən xəsarətləri alıb. Hadisənin yağışlı hava səbəbindən yolun sürüşkən olması nəticəsində baş verdiyi ehtimal edilir.  

Telman Mustafayev - Sürücü: "Avtobus Şəki tərəfdən gəlib, mən də Bakıdan Ağsuya gedirdim. Bu vaxt maşın sürüşdü, fırlandı dəydi mənə".

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR