Hadisə

"Nardaranlı Bala"nın dəstəsinin üzvü olan şəxs 18 ildən sonra tutuldu

  • 08 Jun 2018
  • 155232 baxış

Azərbaycanda 18 ildir axtarışda olan şəxs tutulub. 

XalqTv.com report-a istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü İlhan Əliyev "Nardaranlı Bala" ləqəbi ilə tanınan kriminal avtoritet Balaqardaş Dadaşovun dəstəsinin üzvü olub. 

İlhan Əliyev 2000-ci ildən Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə axtarışa verilib. Amma o, istintqadan qaçaraq gizlənib. İ.Əliyev 18 ildən sonra saxlanılıb. 

Məlumata görə, həmin dəstə üzvləri Azərbaycanda adam oğurluğu ilə məşğul olub. Dəstə üzvlərinin bir qismi artıq cəzalarını çəkərək azadlığa çıxıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR